SON DƏQİQƏ
» » Baş Prokurorluqdan 16 yaşlı qızın qətli ilə bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluqdan 16 yaşlı qızın qətli ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix:

20-05-2025, 22:19

/ 4 187 dəfə oxundu.
Baş Prokurorluqdan 16 yaşlı qızın qətli ilə bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq Sabirabadda 16 yaşlı qızın qətlə yetirilərək Kür çayına atılması ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
скачать dle 12.1

Şərhlər