SON DƏQİQƏ

Sürücü sərxoş piyadanı vurub qaçdı

Tarix:

20-03-2017, 10:23

/ 4 065 dəfə oxundu.
Sürücü sərxoş piyadanı vurub qaçdı

Bakıda kafedən sərxoş vəziyyətdə çıxan 35 yaşlı kişini avtomobil vurub.

 Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Sabunçu qəsəbəsində yerləşən "Emin" kafesindən çıxan 1982-ci il təvəllüdlü Ramin Murxuda oğlu Tosovu naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb. R.Tosov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, R.Tosovun sağ ayağı sınıb və o, əməliyyat olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

скачать dle 12.1

Şərhlər