SON DƏQİQƏ
» » Qızının ölümünə dözməyən kişi özünü asdı

Qızının ölümünə dözməyən kişi özünü asdı

Tarix:

5-03-2025, 22:34

/ 4 201 dəfə oxundu.
Qızının ölümünə dözməyən kişi özünü asdı

Zaqatalada 71 yaşlı kişinin meyiti köhnə tikilidə asılı vəziyyətdə tapılıb.
GunAz.az xəbər verir ki, hadisə bu gün rayonun Muğanlı kəndində baş verib.
Kənd sakini Baxış Hüseyn oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki köhnə tikilidə asılı vəziyyətdə aşkar olunub. İlkin araşdırma zamanı B. Hüseynovun intihar etdiyi məlum olub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.Əldə olunan məlumata görə, B. Hüseynovun ailə quraraq rayonun Qandax kəndində köçən qızı bir-neçə ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.
Yaxınları övladının vaxtsız dünyasını dəyişməsinin atasına pis təsir etdiyini, daim fikirli göründüyünü deyib.APA
скачать dle 12.1

Şərhlər