"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Ona qarşı irəli sürülən ittiham məlum deyil. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, "Həyat çün şans" reabilitasiya mərkəzi narkomaniya, alkoqol və qumar asılılığından əziyyət çəkənlərə yardım edir.
“Qafqazinfo” isə bildirib ki, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasientlərdən birinin işgəncə nəticəsində ölməsidir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.