
Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı daha bir dövlət qurumu reaksiya verib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb: "Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".