SON DƏQİQƏ
» » Xəstə itinə iynə vurmaq istədi, həyatından oldu – VİDEO-BAKIDA

Xəstə itinə iynə vurmaq istədi, həyatından oldu – VİDEO-BAKIDA

Tarix:

4-12-2024, 23:13

/ 4 033 dəfə oxundu.
Xəstə itinə iynə vurmaq istədi, həyatından oldu – VİDEO-BAKIDA

Bakıda Xətai rayonunun NZS qəsəbəsində faciəvi hadisə baş verib. 70 yaşlı Yaqub Əliyev illərdir saxladığı itlərin hücumuna məruz qalaraq həyatını itirib.
GunAz.az xəbər verir ki, hadisə mərhumun evində baş verib. Ətrafda yaşayanların bildirdiyinə görə, Yaqub Əliyev narahatlıq hiss etdiyi alabay cinsli itinə iynə vurmaq istəyib. Bu zaman it sahibinə hücum edib. Daha sonra eyni evdə saxlanılan digər iki it də kişiyə hücum edərək onu parçalayaraq öldürüb.
Sakinlərinin sözlərinə görə, Yaqub Əliyev uzun müddətdir bu mənzildə tək yaşayırdı. Hadisə baş verən gün də evdə tək olub.
Səs-küyü eşidən qonşular hadisə yerinə gəlsələr də, itlərin qarşısını almaqda çətinlik çəkiblər. Nəticədə mərhum aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ