SON DƏQİQƏ
» » Çinli azərbaycanlıların 10 milyon dollarını mənimsədi

Çinli azərbaycanlıların 10 milyon dollarını mənimsədi

Tarix:

27-11-2024, 22:26

/ 3 328 dəfə oxundu.
Çinli azərbaycanlıların 10 milyon dollarını mənimsədi

Vanq Tianbao adlı Çin vətəndaşının Bakıda avtomobillə təmin etmək vədi ilə onlarla Azərbaycan vətəndaşının 10 milyon ABŞ dollarından artıq pulunu mənimsədiyi iddia edilir.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb. Müvafiq araşdırmaların aparılması Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilib.
Hazırda zərər çəkmiş şəxslərin müraciətləri əsasında zəruri istintaq tədbirləri həyata keçirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.
скачать dle 12.1

Şərhlər