SON DƏQİQƏ
» » Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

Tarix:

28-08-2024, 21:04

/ 4 321 dəfə oxundu.
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

Avqustun 28-i saat 18:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu haqda GunAz.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
скачать dle 12.1

Şərhlər