SON DƏQİQƏ
» » Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində HƏLAK OLDU

Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində HƏLAK OLDU

Tarix:

15-07-2024, 22:22

/ 3 509 dəfə oxundu.
Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində HƏLAK OLDU

Azərbaycan Ordusunun hərbçisi bədbəxt hadisə nəticəsində həlak olub. 
Hadisə Kəlbəcərdə baş verib. 
Əslən Ordubaddan olan Zaqatala sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu Yunis Abbasov uçqun altında qalaraq dünyasını dəyişib.
Müdafiə Nazirliyindən Lent.az-a Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlunun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
скачать dle 12.1

Şərhlər