SON DƏQİQƏ

İranda SEPAH bazalarına hücum

Tarix:

4-04-2024, 09:13

/ 1 922 dəfə oxundu.
İranda SEPAH bazalarına hücum

İranın cənub-şərqində eyni zamanda bir neçə hərbi bazaya hücum nəticəsində təhlükəsizlik qüvvələrinin beş üzvü həlak olub.
Hadisənin baş verdiyi Sistan və Bəlucistan vilayətinin qubernator köməkçisi Alireza Mərhəmətinin sözlərinə görə, hücumu “Ceyş əl-Ədl” qruplaşması təşkil edib.
Bildirilir ki, hücumçulardan beş nəfər məhv edilib.
Onlar əyalətin Rask və Çebahar şəhərlərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazalarını ələ keçirməyə cəhd ediblərmiş.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ