SON DƏQİQƏ

Kafedə narkotik aşkarlandı – ƏMƏLİYYAT

Tarix:

17-02-2017, 17:16

/ 1 967 dəfə oxundu.
Kafedə narkotik aşkarlandı – ƏMƏLİYYAT

İsmayıllı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.  
Rayon polis şöbəsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş İlyas Vahabovun Qalınçaq kəndində işlətdiyi kafeyə baxış zamanı 43,26 qram marixuana aşkar edilərək götürülüb. 
Davam etdirilən əməliyyat tədbirləri ilə həmin narkotik vasitəni ona satan Topçu kənd sakini Ədalət Babayev müəyyən edilib. 
Onun evinə baxış zamanı 657,69 qram marixuana aşkar edilərək götürülüb.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ