SON DƏQİQƏ
» » İrandan sifariş alan narkokuryer ələ keçdi - FOTO

İrandan sifariş alan narkokuryer ələ keçdi - FOTO

Tarix:

24-02-2024, 21:44

/ 4 012 dəfə oxundu.
İrandan sifariş alan narkokuryer ələ keçdi - FOTO

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin şəxsdən 2 kiloqram 355 qram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu “Həsən” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədilə əldə etdiyini bildirib. İ.Kərimli barəsində araşdırmalar davam etdirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ