SON DƏQİQƏ

Xalq artisti Almaniyada vəfat etdi - Foto

Tarix:

20-02-2024, 12:11

/ 1 619 dəfə oxundu.
Xalq artisti Almaniyada vəfat etdi - Foto

Azərbaycan və Tacikistan SSR-in xalq artisti, müğənni, bəstəkar Leyla Şərifova vəfat edib.

Bu barədə tacik jurnalisti Odil Nozir məlumat yayıb.

Xalq artisti 94 yaşında Almaniyada dünyasını dəyişib.

Qeyd edək ki, L.Şərifova 1931-ci il iyunun 22-də Bakıda anadan olub. O, 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayırdı. L.Şərifovanın repertuarında türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub.

Şərifova eyni zamanda bəstəkar və nəğməkar şair da olub, 10 mahnının sözlərini yazıb. “Qara gözlər” və “Badam çiçəyi” adlı mahnıların müəllifidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ