SON DƏQİQƏ

Bakıda güclü yanğın baş verib

Tarix:

14-02-2024, 20:29

/ 4 204 dəfə oxundu.
Bakıda güclü yanğın baş verib

Bakı şəhərinin, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yanğın baş verib.

Hadisə yerinə dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 80 m² olan ikimərtəbəli obyektdə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində obyektdə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1-ci mərtəbədə yerləşən avtoyuma məntəqəsinin yanar konstruksiyaları 40 kv.m. sahədə qismən, 2-ci mərtəbədə fəaliyyət göstərən çay evinin yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.
Obyektin qalan hissəsi və yaxınlıqda yerləşən yaşayış binası yanğından mühafizə olunub
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ