SON DƏQİQƏ

Bakıda üç ağır yol qəzası: 3 ölü

Tarix:

11-02-2017, 17:54

/ 3 746 dəfə oxundu.
Bakıda üç ağır yol qəzası: 3 ölü

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Türkan qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini 15 yaşlı İbrahim Abbasov dayısına məxsus "Saipa” markalı avtomobili idarə edərkən onu yolun kənarındakı hasara vurub və nəticədə hadisə yerindəcə ölüb.
 
Daha bir yol qəzasi Yasamal rayonunda qeydə alınıb. Rayonun Moskva prospektində Bakı şəhər sakini Elvin Bağırov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən paytaxt sakini Əfruzə Xudiyevanı vurub. Xəstəxanaya yerləşdiriliən piyada orada ölüb.
 
Oxşar hadisə Binəqədi rayonunda da baş verib. Rayonun Binəqədi qəsəbəsində Abşeron rayon sakini Fikrət Balakişi oğlu idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Sədaqət Yusifovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ