Ağsu rayonunun Qaraqoyunlu kəndində baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub.
Bunlar Ağsu sakinləri - VAZ-2107-nin sürücüsü, 32 yaşlı Malik Səlim oğlu Abdıyev, hər iki avtomobilin (digər avtomobil “Mercedes”dir - red) sərnişinləri - 33 yaşlı Afaq Nizaməddin qızı Osmanlı, 63 yaşlı Nəzakət Alməmməd qızı Qurbanova, 65 yaşlı Kamil Musaxan oğlu Abbasov, sürücünün 7 yaşlı qızı Səma Malik qızı Abdıyev, 57 yaşlı Gülüş Salman qızı Abbasova və 31 yaşlı Afət Nizaməddin qızı Abdıyevadır.