SON DƏQİQƏ
» » Gəncədə bir şəxsi öldürüb, digərini yaralayanların cinayət işi məhkəməyə göndərilib

Gəncədə bir şəxsi öldürüb, digərini yaralayanların cinayət işi məhkəməyə göndərilib

Tarix:

26-10-2023, 17:34

/ 2 366 dəfə oxundu.
Gəncədə bir şəxsi öldürüb, digərini yaralayanların cinayət işi məhkəməyə göndərilib

Gəncə şəhər sakini Niyazi Bayramovun qəsdən öldürülməsi, qardaşı Kamal Bayramova isə çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

GunAz.az xəbər verir ki, Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.

İstintaqla Ayxan Bayramovun tanışları Murad Nəcəfov və Seymur Abdullayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Niyazi Bayramovu bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, sonuncunun qardaşı Kamal Bayramovu isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ayxan Bayramov, Murad Nəcəfov və Seymur Abdullayevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ