SON DƏQİQƏ
» » Şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana bağlandı

Şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana bağlandı

Tarix:

25-10-2023, 13:37

/ 2 655 dəfə oxundu.
Şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxana bağlandı

Bakının Binə qəsəbəsində 21 məktəblinin zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti dayandırılıb.
GunAZ.az hadisə yerində olan əməkdaşları müşahidə edib ki, Əli İsazadə küçəsində yerləşən obyekt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən möhürlənib.
Ərazidə çəkiliş apararkən dönərxanada antisanitariya vəziyyətinin hökm sürdüyü məlum olub.
Sakinlərin sözlərinə görə, ötən gün burada satılan dönərin qiyməti 1 manata endirilib və məktəblilər kütləvi şəkildə oradan dönər alıblar. Xüsusilə yaxınlıqdakı 149 saylı orta məktəbin şagirdləri arasında zəhərlənmə halları çox olub.
Binə qəsəbəsinin sakinləri bildiriblər ki, qəsəbə ərazisində 1 manata, hətta 50-60 qəpiyə dönər satan yerlər var. Onlar ucuz dönər satışının daha çox “Savxoz” adlanan ərazidə olduğunu, dönərin tərkibindəki məhsullardan, xüsusilə ətin keyfiyyətindən narahatlıqlarını ifadə ediblər.
Hazırda 20 məktəblinin xəstəxanada müalicəsi davam etdirilir.
149 saylı orta məktəbdən saytımıza bildirilib ki, şagirdlər əsasən dərsdən sonra dönər alıblar.
Qeyd edək ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda hər birinin vəziyyəti stabildir.
Bildirilib ki, dünən Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. Qeyd olunan təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub.










скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ