Paytaxtın Nərimanov rayonunda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Tarix:
26-09-2023, 09:20
/ 1 571 dəfə oxundu.
Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.
Ziya Bünyadov prospektində bir neçə avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Baxşıyev Elməddin Telman oğlu və daha bir nəfər (ad-soyad dəqiqləşdirilir-red) xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.