SON DƏQİQƏ

Bakıda film kimi olay yaşanıb- VİDEO

Tarix:

28-04-2023, 17:54

/ 3 062 dəfə oxundu.
Bakıda film kimi olay yaşanıb- VİDEO

Bakıda maşınları əzən "Toyota Prius” marakalı avtomobilin sürücüsü polislərə müqavimət göstərib.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Görüntülərdən qəza törədən sürücünün polis əməkdaşlarının müdaxiləsinə məhəl qoymadığı görünür və maşını onların üzrəinə sürərək təhlükəli anlar yaşatdığı məlum olur.

Sürücü eyni zamanda bir neçə polis avtomobilinə və digər maşınlara da ziyan vurub.

***

Bakının Nəsimi rayonu ərazisində "Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir.

DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ