SON DƏQİQƏ
» » Lənkəranda şadlıq mərasimində 17 nəfər zəhərlənib

Lənkəranda şadlıq mərasimində 17 nəfər zəhərlənib

Tarix:

24-04-2023, 14:40

/ 1 710 dəfə oxundu.
Lənkəranda şadlıq mərasimində 17 nəfər zəhərlənib

Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub.

Hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib.

Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar.

Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır.

Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.
скачать dle 12.1

Şərhlər