SON DƏQİQƏ
» » Narkoloji dispanserdə müalicə alan kişi niyə bıçaqlandı?

Narkoloji dispanserdə müalicə alan kişi niyə bıçaqlandı?

Tarix:

19-04-2023, 09:38

/ 1 735 dəfə oxundu.
Narkoloji dispanserdə müalicə alan kişi niyə bıçaqlandı?

Bakıda Respublika Narkoloji Dispanserdə bıçaqlanma olub.

Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 21.03.1986-cı il təvəllüdlü Seymur Bəxtiyar oğlu Əzizov, heç bir əsaslı səbəb olmadan 15.12.1979-cu il təvəllüdlü Əziz Fərzulla oğlu Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın nahiyəsindən daxilə nüfuz edən 01 ədəd, daha sonra qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
скачать dle 12.1

Şərhlər