SON DƏQİQƏ

Lerikdə dəhşətli hadisə baş verdi

Tarix:

29-03-2023, 12:10

/ 2 153 dəfə oxundu.
Lerikdə dəhşətli hadisə baş verdi

Lerik rayonunun Siyov kəndində sərnişin yük maşınından yıxılaraq ölüb.

1989-cu il təvəllüdlü Pərviz Tofiq oğlu Höccətov hərəkətdə olan yük maşınının arxasından yerə yıxılıb.

O, hadisə nəticəsində ağır-kəllə beyin travması alıb.

P.Höccətov yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər