SON DƏQİQƏ

Bakıda 19 yaşlı gənci avtomobil vurdu

Tarix:

27-03-2023, 09:29

/ 1 577 dəfə oxundu.
Bakıda 19 yaşlı gənci avtomobil vurdu

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Hyundai” markalı avtomobil yolu keçən 2004-cü il təvəllüdlü Həsənli Nihad Taleh oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Hadisəni törədən sürücünün ərazidən qaçdığı bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ