SON DƏQİQƏ
» » İranda kütləvi zəhərlənməyə görə bir neçə şübhəli saxlanıldı

İranda kütləvi zəhərlənməyə görə bir neçə şübhəli saxlanıldı

Tarix:

7-03-2023, 22:00

/ 3 691 dəfə oxundu.
İranda kütləvi zəhərlənməyə görə bir neçə şübhəli saxlanıldı

İranda 5 mindən çox tələbə qızın zəhərlənməsi ilə bağlı müəyyən edilən bir neçə şübhəli saxlanılıb.
GunAz.az xəbər verir ki, İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Seyid Məcid Mirəhmədi bu barədə açıqlama verib.
O, qeyd edib ki, zəhərlənmə ilə bağlı bir neçə nəfər nəzarətdədir:
"Dövlət qurumları prosesi araşdırır. Kəşfiyyat məlumatlarına görə, 5 əyalətdə bir neçə adam şübhəli qismində nəzarətə götürülüb”
Qeyd olunub ki, bu şəxslər haqqında geniş araşdırma başlayıb.
Səlahiyyətli qurumlar tərəfindən ətraflı açıqlama veriləcək. Demokrat.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ