SON DƏQİQƏ
» » ""Sülhməramlılar Qarabağ sahibkarlarını aldadıb," - Yeritsyan

""Sülhməramlılar Qarabağ sahibkarlarını aldadıb," - Yeritsyan

Tarix:

30-01-2023, 09:24

/ 2 739 dəfə oxundu.
""Sülhməramlılar Qarabağ sahibkarlarını aldadıb,"  - Yeritsyan

"Rusiya sülhməramlıları Qarabağ sahibkarlarından pul qoparırlar”.
GunAz.az xəbər verir ki, bu barədə Xankəndidən olan hüquqşünas Roman Yeritsyan Facebook səhifəsində məlumat yayıb.
"Bir neçə gün əvvəl mən Qarabağın bir sıra təsərrüfat subyektlərindən bir xəbər öyrəndim. Öyrəndim ki, kifayət qədər əhəmiyyətli məbləğdə pul kompensasiyası müqabilində sonuncu (Rusiya sülhməramlıları – red.) təxminən 35 milyon dram dəyərində əmlakı (telefon, kompüter, aksesuarlar, ərzaq, zəruri əşyalar və s.) köçürməyə cəhd edib.
RSK-nın bəzi əməkdaşlarının köməyi ilə baş tutan bu əməliyyatda əmlakın verilməsinə görə ödəniş alınıb, verilmiş əmlak isə mənimsənilib. Hazırda sülhməramlılar onu sahibkarlara verməkdən imtina edirlər.
Daha sonra sülhməramlı kontingentin yüksək rütbəli məmurları məsələni həll etmək üçün sahibkarlardan külli miqdarda pul (3 milyon dram) qoparmağa başlayıblar. Lakin onlar bundan imtina etdikdən sonra sahibkarlara əmlakın bir hissəsinin zədələndiyini və digər hissəsinin təyinatı üzrə yararsız vəziyyətə düşdüyünü bildiriblər.
Hazırda sülhməramlı kontingentin məsul şəxsləri iş adamları ilə görüşməkdən belə imtina edərək, məsələnin həllini gözləməyi təklif edirlər.
Məsul şəxslərdən biri təklif edib ki, iş adamları dəyəri sadəcə ölçülə bilməyən uyğun gələn əmlakı təhvil versinlər, qalanını isə unutsunlar.
Rusiya sülhməramlıları tərəfindən əmlakın təhvil verilməsi, əmlakın dəyərinin artırılması, pul tələb edilməsi, əmlakın dağıdılması, əmlakın qanunsuz mənimsənilməsi və s. haqqında yalan ifadələrin verilməsinə dair aydın sübutlar var”, – deyə Yeritsyan bildirib.Konkret.az

 


скачать dle 12.1

Şərhlər