SON DƏQİQƏ

Hamilə qadın və uşağı evində öldü

Tarix:

17-01-2023, 10:12

/ 2 760 dəfə oxundu.
Hamilə qadın və uşağı evində öldü

Göyçay rayonunun Çərəkə kəndində hamilə qadın yaşadığı evdə qəfil dünyasını dəyişib.

GunAz.az bildirir ki, kənd sakini, 26 yaşlı Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşib və o yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyü məlum olub.

Qeyd edək ki, 8 aylıq hamilə F.Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Həkimlər onu müayinə edən zaman bətnindəki uşağın da öldüyünü aşkar ediblər.

F.Kərimovanın ölüm səbəbi hələ məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomoya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Report

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ