SON DƏQİQƏ
» » Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti tapıldı

Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti tapıldı

Tarix:

5-01-2023, 12:55

/ 2 490 dəfə oxundu.
Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti tapıldı

Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb.
GunAz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb. Belə ki, mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur.
Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.
Ölən şəxslər aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır.
İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.
Qeyd edək ki, ölənlərin hamısı kişidir. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ