SON DƏQİQƏ

Bakıda binada partlayış olub

Tarix:

2-01-2023, 18:55

/ 3 116 dəfə oxundu.
Bakıda binada partlayış olub

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, on səkkiz mərtəbəli yaşayış binasının on səkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Əlavə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ