SON DƏQİQƏ

FİLM KİMİ OLAY: Çaqqallar hücum etdi amma...

Tarix:

19-11-2022, 15:47

/ 2 007 dəfə oxundu.
FİLM KİMİ OLAY: Çaqqallar hücum etdi amma...

Bu gün səhər saatlarında Neftçala rayonunun Aşağı Surra kənd sakini, 43 yaşlı İxtiyar Tarverdiyevin yaşadığı evin həyətində vəfat etməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşlarının həmin ünvanda olduqlarını və meyitə baxış keçirdiklərini deyib.

İlkin araşdırma zamanı həmin şəxsin yaşadığı evin həyətində çaqqalların hücumuna məruz qaldığını, şəkər və ürək xəstəliyindən əziyyət çəkdiyinə görə qorxudan ani ürəktutmasından vəfat etməsi müəyyən edilib. İ.Tarverdiyevin ailə üzvləri də izahatlarında onun qorxudan vəfat etməsini təsdiqləyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

скачать dle 12.1

Şərhlər