SON DƏQİQƏ

10 yaşlı qız dəm qazından öldü

Tarix:

19-11-2022, 13:25

/ 2 098 dəfə oxundu.
10 yaşlı qız dəm qazından öldü

Dünən axşam saatlarında Qəbələ rayonunun Zarağan kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Kənddə yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü A.Rüstəmovanın dəm qazından zəhərlənərək ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon polis şöbəsi, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

 

İlkin ehtimala görə, hadisə azyaşlı vanna otağında olarkən dəm qazından zəhərlənməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır

скачать dle 12.1

Şərhlər