SON DƏQİQƏ

Cinlər və pis yuxu görmək

Cəmiyyət / Manşet

Xırdalandakı partlayışın əsas səbəbi açıqlandı

Tarix:17-11-2022, 11:32 Oxunub:1 788

Xırdalan şəhəri, "AAAF Park” Yaşayış Kompleksindəki binalardan birinin ikinci mərtəbəsində baş vermiş partlayışla bağlı "Azəriqaz” İstehsalat Birliyi rəsmi açıqlama verib.

Birliyin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Oxu.az-a açıqlamasında qeyd edib ki, partlayışa səbəb sözügedən binada yaşayan sakinin mənzilinin texniki şərtində etdiyi dəyişikliklər olub:

"İlkin məlumata görə, vətəndaş fərdi yaşayış evində mətbəxi eyvana köçürməklə texniki dəyişiklik edib. Bilirsiniz ki, texniki şərtdən kənara çıxırsınızsa, bu, kustar üsulla, qeyri-qanuni həyata keçirilir. Çox təəssüf ki, bu addımın səbəbi belə neqativ hala gətirib çıxır.

Bu hallar baş verməsin deyə hər kəsə müraciət edirik ki, texniki şərtdən kənara çıxmaq, qazla bağlı texniki şərtləri pozmaq olmaz. Çünki bu zaman quraşdırılan istilik cihazları müxtəlif parametrlərə uyğun təşkil edilir. Siz bu dəyişiklikləri edəndə normaları nəzərdən qaçırdığınız üçün bu kimi hallar baş verir”.

"Azəriqaz” sözçüsü onu da qeyd edib ki, qaz digər kommunal xidmətlərdən daha təhlükəli nəticələrə gətirib çıxara bilir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<