SON DƏQİQƏ
» » Toy karvanında "avtoşluq" edən sürücüyə cəza verildi

Toy karvanında "avtoşluq" edən sürücüyə cəza verildi

Tarix:

5-11-2022, 15:15

/ 2 517 dəfə oxundu.
Toy karvanında "avtoşluq" edən sürücüyə cəza verildi

Ağcabədidə toy karvanında avtoxuliqanlıq edərək digər yol-hərəkəti iştirakçılarının həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon sakini Fərhad Abdullayev istifadəsində olan "VAZ-2106” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edib.

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həmin sürücü müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

скачать dle 12.1

Şərhlər