SON DƏQİQƏ
» » Masallıda dəhşət- Ana və iki övladı yanaraq öldü

Masallıda dəhşət- Ana və iki övladı yanaraq öldü

Tarix:

7-09-2022, 08:10

/ 2 398 dəfə oxundu.
Masallıda dəhşət- Ana və iki övladı yanaraq öldü

Masallının Hüseynhacılı kəndində evdə baş verən yanğının təfərrüatları məlum olub.

Məlumata görə, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Alim İbad oğlu Kəlbiyevə məxsus ikimərtəbəli, ümumi sahəsi 300 kvadratmetr olan yaşayış evində qeydə alınıb. Hadisə zamanı 38 yaşlı Gülnaz Kəlbiyeva, 11 yaşlı oğlu Elbrus Kəlbizadə və 10 yaşlı oğlu Elviz Kəlbizadə yanaraq ölüb.

Yanğın zamanı ailə üzvlərindən daha birinin yanıq xəsarətləri aldığı bildirilir. Hadisə ailə üzvləri yatan zaman baş verib. İlkin məlumata görə, kənddə işıqlar söndüyündən onlar şam yandırıblar. Ailə yatan zaman şam nəzarətsiz qalıb və ev alışıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ