SON DƏQİQƏ

"Uçurum" oxuculara TƏQDİM OLUNDU

Tarix:

26-01-2022, 20:49

/ 7 690 dəfə oxundu.
"Uçurum" oxuculara TƏQDİM OLUNDU

 Azərbaycan Yazıçılar Birliyinin "Natəvan klubu"nda çoxsaylı tarixi romanlar kitablarının müəllifi,
"Olaylar" qəzeti və "Olaylar" informasiya agentliyinin baş redaktoru Yunuz Oğuzun (Əliyev)
yenicə işıq üzü görmüş "Uçurum" adlı kitabının təqdimatı keçirilib.
.

 Tədbiri AYB-nin sədr müavini,"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açıq elan edərək, tədbirin daha da möhtəşəm keçirilməsi üçün məclisi filalogiya elmləri doktoru, akademik,millət vəkili Nizami Cəfərova həvalə etdi. Akademikin Yunus Oğuz yaradıcılığı haqqında geniş və məzmunlu çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Dəyirmi masa ətrafında əyləşən sayılıb-seçilən ziyalılarımızdan xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Ədalət qəzetinin Baş redaktoru, millət vəkili Aqil Abbas, AYB-nin katibi Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, İctimai-siyasi xadim, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Günaz.Az" saytının baş redaktoru Bilman İsaq, Azərbaycan Kömrük Komitəsinin məsul işçisi Fikrət müəllim, "Ədəbiyyat" qəzetinin şöbə müdiri Sərvaz Hüseyoğlu, Azərbaycan Mədəniyyət işçisi şair-publisist Qəşəm Nəcəfzadə,  ədəbiyyatşünas Elnarə Qaragözova və digər tədbir iştirakçıları Yunus Öğuz haqqında ən xoş təəssüratlarını fəxrlə bölüşərək,yazıçıya yaradıcılıq uğurları arzuladılar.
Tədbirin sonunda Yunus Oğuz kitabının təqdimatına toplaşan bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Tədbirin sonluğu reallığa əsaslanan "Uçurum" kitabının müəllif tərəfindən imzalanması ,hədiyyə edilməsi və xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.  
RƏSMİYYƏ HEYBƏTAĞAQIZI

GunAz.az

"Uçurum" oxuculara TƏQDİM OLUNDU
"Uçurum" oxuculara TƏQDİM OLUNDU
"Uçurum" oxuculara TƏQDİM OLUNDU
"Uçurum" oxuculara TƏQDİM OLUNDU
"Uçurum" oxuculara TƏQDİM OLUNDU
"Uçurum" oxuculara TƏQDİM OLUNDU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ