SON DƏQİQƏ

Rus arxeoloqlardan qeyri-adi tapıntı...

Tarix:

13-10-2017, 07:58

/ 1 406 dəfə oxundu.
Rus arxeoloqlardan qeyri-adi tapıntı...

Rusiya-Hindistan arxeoloqlarından ibarət qrup Himalay dağlarının Kəşmir bölgəsində Erkən Orta əsrlər dövrünə aid bənzəri olmayan daş heykəllər tapıblar.

Gunaz.az xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya şöbəsinin rəhbəri Vyaçeslav Molodin deyib.

“Hindistan-Pakistan sərhədində, Himalay dağlarının ən sıldırımlı ərazisində dini ritualların icra edilməsi üçün yaradılan iki tarixi kompleksə rast gəlindi. Burada 200-ə yaxın daş heykəl tapıldı. Bu heykəllərin hələ ki, bilmədiyizim əfsanələrin qəhrəmanları ola biləcəyini ehtimal edirik”, - Molodin bildirib.

O, bu kimi heykəllərə Hindistanın dağlıq bölgəsində ilk dəfə rast gəlindiyini deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ