SON DƏQİQƏ
» » 75 kitab,15 film,3 teatr tamaşasının müəllifi-Əmir PƏHLƏVAN

75 kitab,15 film,3 teatr tamaşasının müəllifi-Əmir PƏHLƏVAN

Tarix:

23-09-2024, 11:47

/ 5 632 dəfə oxundu.
75 kitab,15 film,3 teatr tamaşasının müəllifi-Əmir PƏHLƏVAN

Mirzə Fətəli Axundov adına Azərbaycan  Milli Kitabxanasında çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan,Qırğızıstan,Qazaxıstan və Quzey Kıbrıs Türk Cümhuriyyətinin Dövlət Mükafatları laureatı,sayca 75  kitab müəllifi Əmir Pəhləvanın anadan olmasının 65 illik yubileyinə həsr olunmuş "Əmir Pəhləvan-65" adlı kitab sərgisi kitabsevər istifadəçilərə təqdim olunub.
75 kitabın,15 filmin,3 teatr tamaşasının müəllifi olan Əmir Pəhləvan oğlu Hacıyev 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonun Mahmudoba kəndində anadan olub.
Yazıçının çoxsaylı kitablarından "Turan Türkləri", "Qalxın, Cavid gəlir!" ,"Səfir", "Təbrizim-Türkizim" ,"Əkilənbaşlardı, torpaq əkilmir", "Kəngərlər", "OAybirdə doğmayacaq", "Türklüyün yol xəritəsi", "Yaşamağı bacarmaq lazımdır", "Vətən dahiləri", "Vətən sənə oğul dedi","Dərviş Əroğlu","Böyük Fateh","Nobel of Baku" və sıralı kitabları təkcə ölkədaxilində deyil,Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda-Türkiyə, Amerika, Avropa, Qazax, Qırğız xalqlarının dillərinə tərcümə edilərək sevə-sevə oxunur. Milli Kitabxanada 4 gündür ziyarətçilərini qəbul edən kitab sərgisində  elm,incəsənət və teatr xadimləri ilə yanaşı tələbələr,media nümayəndələri də iştirak edirlər.Sərgi hələ 4 gün də davam edəcək.
Dəyərli yazıçımız Əmir Pəhləvana şərəflə qalxdığı  ömrünün 65-ci pilləsində uzun ömür, can sağlığı və səmərəli yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq!
Rəsmiyyə Heybətağaqızı








скачать dle 12.1

Şərhlər