SON DƏQİQƏ
» » “VƏTƏN BİZƏ ƏMANƏTDİR” ADLI KİTAB ÇAPDAN ÇIXDI

“VƏTƏN BİZƏ ƏMANƏTDİR” ADLI KİTAB ÇAPDAN ÇIXDI

Tarix:

15-04-2024, 16:53

/ 5 892 dəfə oxundu.
“VƏTƏN BİZƏ ƏMANƏTDİR” ADLI KİTAB ÇAPDAN  ÇIXDI

Iqtisadçı alim, hüquqşunas, publisist, “Turan Araşdırma Mərkəzi”nin (TAM) sədri Cavid İsmayılın “Vətən bizə əmanətdir” adlı növbəti kitabı çapdan  çıxıb.
Kitabın redaktoru yazıçı-publisist Yunus Oğuz, “Ön söz” ün müəllifi yazıçı-publisist Züleyxa Nadirdir.
Cavid İsmayıl  analitik məqalələr toplusundan ibarət olan kitabda milli kökə bağlılıq, vətənpərvərlik, vətən təəssübkeşliyi, hər bir vətən oğlunun vətən maraqlarına sipər olmağı, vətən sevgisinin hər kəs üçün qırmızı xətt olmalı olduğunu  bildirir.
Kitabda kənar mənfur qüvvələrdən, dövlətçiliyimizə düşmən kəsilənlərdən, adı özümüzdən olub vətənə xəyanət edənlər və zaman-zaman belə qüvvələrin “dövlət sevər”, “Vətən sevər”, “milli kökə bağlılıq” libasına bürünmələrindən söz açılır və cəmiyyətimizdə belə qüvvələrə qarşı xalq və dövlət birliyinin daha da sıx olması və belə qüvvələrə qarşı mübarizliyindən bəhs edilir.
Ön  söz  müəllifi Cavid  İsmayılı  və  kitabı  maraqlı  məqamlarla təqdim  edir: “Cavid İmayıl SÖZ adamı olaraq bir ziyalıdır. O bilir ki, ziyalının işığı təkcə ayrı-ayrı fərdlərin yolunu aydınlatmır, o, həm də bütövlükdə bir xalqın, Vətənin başı üzərində əbədi şəfəq saçan  Günəş zərrəsi kimidir. Ziya işığından nur alan insanın  Vətən torpağına olan sevgisi tükənməzdir. O, “Ziyalılarımızı “Otel otağı”nda itirməyək” məqaləsində məhz bu işıqdan bəhs edərək soruşur: “Nə­­­­yə gö­­­­rə cə­­­­miy­­­­yə­­­­ti­­­­miz­­­­də bir sı­­­­ra hal­­­­lar­­­­da ta­­­­ri­­­­xin bü­­­­tün dö­­­­nəm­­­­lə­­­­rin­­­­də şə­­­­rəf­­­­li ya­­­­şa­­­­ma­­­­ğı yox,  ri­­­­ya­­­­kar­­­­lı­­­­ğı, sat­­­­qın­­­­lı­­­­ğı öz­­­­lə­­­­ri­­­­nin ya­­­­şam bren­­­­di­­­­nə çe­­­­vir­­­­miş­­­­lər da­­­­im kür­­­­sü­­­­lər­­­­də söz sa­­­­hi­­­­bi olur­­­­la­­­­r? Məhz ək­­­­sər hal­­­­lar­­­­da  ço­­­­pur cab­­­­bar­­­­lar önə çə­­­­ki­­­­li­­­­r. Nə­­­­yə gö­­­­rə cə­­­­miy­­­­yə­­­­ti­­­­miz be­­­­lə­­­­lə­­­­ri­­­­ni qə­­­­bul edi­­­­r”? Maraqlıdır ki, Cavid bəy cavabı da sual formasında verir:” Əsl Və­­­­tən sev­­­­da­­­­lı­­­­la­­­­rı, döv­­­­lə­­­­tə və döv­­­­lət­­­­çi­­­­li­­­­yə bağ­­­­lı olan zi­­­­ya­­­­lı­­­­lar, hə­­­­qi­­­­qi elm adam­­­­la­­­­rı na­­­­dan əlin­­­­də mə­­­­nən əzil­­­­dik­­­­də, siz­­­­cə, Və­­­­tən  sar­­­­­sıl­­­­­mır­­­­­mı­­­­­”?”скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ