SON DƏQİQƏ
» » Çərşənbə suyu mənim gözlərimdən axır...

Çərşənbə suyu mənim gözlərimdən axır...

Tarix:

27-02-2024, 17:19

/ 6 378 dəfə oxundu.
Çərşənbə suyu mənim gözlərimdən  axır...

Aləmzər SADİQQIZI
Məni Novruz bayramı ilə sən "barışdırmışdın"...
On yaşından Novruz sözü gələndə diksinirdim... Atamsız yaşadığımız o acı günlər mənə bayram kimi görünmədi...
Sən gəldin evimizə Novruzu gətirdin... Xonça düzəltdin, səməni qoydun, aş süzdün... mən də içim qan ağlasada güldüm danışdım...
Sən axı bilirdin mən hansı acılarla böyümüşdüm... Niyə qoymadın balaların ürəkli böyüsün?  Mənə bir daha yaşatdın o acı günləri. İndi bomboş stola baxıb səni "günahlandırıram"...  Bu gün su çərşənbəsidi... O su mənim gözlərimdən  axır... Səni axtarıram... balalarımı axtarıram...  Divardan boylanan şəklin içimi göynədir...  Canım Aytənim, getdiyin yer nur olsun,işıq olsun!
Allah balalarıa kömək olsun! Mənə onların xoş günlərini göstərsin!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ