SON DƏQİQƏ

Vətənpərvər balaca ŞAİRƏ:- Ey azad ruhlar!

Tarix:

16-05-2022, 09:08

/ 4 149 dəfə oxundu.
Vətənpərvər balaca ŞAİRƏ:- Ey azad ruhlar!

  Şərur mahalında, dağlar qoynu Tənənəm kəndində Elvira adlı vətənpərvər bir şairə böyüyür.
Elvira xanım şəhid Nəzmi Cəfəfərov adına Tənənəm kənd tam orta məktəbində oxuyur. Bu vətənpərvər Şairə həmdə məktəb əlaçısıdır. Dəfələrlə şəkili məktəbin şərəf lövhəsindən asılıb. Hər sınaq imtahanından isə evə diplom və ya fəxri fərmanlarla qayıdır. Elvira bala  vətən müharibəsindki qələbəmizi öz balaca düşüncəsi ilə vəsf edib. Onun, "Şəhidlər" və "Ey azad ruhlar" şeirlərinə əl vurmadan oxucularımızla bölüşürük. Çünki bu balaca balanın fikirlərinə toxunmaq özü günah olardı.
            Şəhidlər!    
Şəhid müqəddəsdir, ölməz heç zaman,
ruhu göylərdədir, yaşar hər zaman.
 
Şücaət göstərib, keçdi tarixə,
adını yazdırdı əbədiyyətə.
 
Canından çox sevir ana vətəni,
doğma yurddan qovdu qatı düşməni.
 
Ancaq irəli getdi, durmadı bir an,
onun hünəriylə azad oldu, gözəl Zəngilan.
 
Düşmənə vermədi, bir divar bir dam,
qədim ocağımızdır, əzizim Ağdam.
 
Cıdır düzündə girdi yarışa,
Qarabağımın tacıdır, müstəqil Şuşa.
 
           Ey azad ruhlar!
Qarabağıma gedən yolları açın
bizimdir Kəlbəcər, bizimdir Laçın.            
 
Mübarizin, Poladın qanın aldılar,
Cəbrayılla Muxtarım, bu yolda şəhid oldular.
 
Mən deyərəm yəqin ki, şəhidin ilk laylası,
Xudayar təsnifidir, olub ruhun ağası.
 
Adı Mərhəmət olsada, düşmənə aman verməz,
Adil kimi oğullar birdə dünyaya gəlməz.
 
Ağlama ey Azərbaycan, ağlama şəhid anası!
Elvinin var, Pərvizin var, Süleymanın var,
Üç min şəhidin var, qəhrəmanın var.
Elvira MOBİLQIZI
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ