SON DƏQİQƏ

Belədi QARDAŞ

Tarix:

23-02-2021, 17:34

/ 5 264 dəfə oxundu.
Belədi QARDAŞ

 Sərvər MƏSUM
Dərk edib mən onu anlayan gündən,
Bu dünya sırtıma şələdi qardaş.
Hayana döndümsə yolumu kəsdi,
Dişli məngənədi , tələdi qardaş.
Kasıba əl tutdum, dost harayladım,
Əlimdə olanı gizli payladım,
Yaxşılıq etməkdən heç vaxt doymadım,
Günümü kədərə bələdi qardaş.
Çalışdım , bir ömür yazdım , yaratdım ,
Bu vətən naminə ömrü uzatdım,
Ölümlə , zülümlə altmışa çatdım,
Bu dünya ömrümü çilədi qardaş.
Həmişə yaşadım qulağım səsdə,
Can əzab içində , ruhum qəfəsdə,
Yüklədi çiynimə dərdi dərd üstə,
İnsan bu dünyaya kölədi qardaş.
Gündüzü gizlidi , gecəsi sirdi,
Yaxşı da , yaman da onunçun birdi,
Baxırsan bomboşdu , bir göy, bir yerdi,
Bu dünya belədi , belədi qardaş.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ