SON DƏQİQƏ

Qardaş Türkiyənin rolu əvəzolunmazdır

Tarix:

14-10-2020, 11:15

/ 4 657 dəfə oxundu.
Qardaş Türkiyənin rolu əvəzolunmazdır

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu bildirən "Biz bir millət, iki dövlətik" kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha onu göstərdi ki, iki qardaş ölkə arasındakı əlaqələr çox möhkəmdir. Azərbaycan-Türkiyə dostluğu qədim tarixə malikdir. Bu ölkələr arasında birgə nümayiş etdirilənbirlik bu gün daha yüksək səviyyədə həyata keçirilir. Məlum olduğu kimi, Türkiyə hazırda dünya siyasətində çox önəmli rol oynayır. Ölkənin təsir imkanları getdikcə artır. Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri də gündən-günə möhkəmlənir. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşmasından sonra ölkəmizin nüfuzu daha da artmışdır. Azərbaycan dünyada iri infrastruktur layihələrinin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi tanınır. Bu da ondan xəbər verir ki, Azərbaycan təkcə regionda deyil, eyni zamanda, dünyada söz sahibi ölkədir. İqtisadiyyatın inkişaf tempinə görə Azərbaycanın lider dövlət olması, həm də ölkəmizin dünyada ən islahatçı dövlət adlandırılması əlaqələrimizi daha da genişləndirib. Dünya dövlətləri içərisində Azərbaycanın ən yaxın müttəfiqi Türkiyədir. Azərbaycanın da müstəqillik qazanması,sərbəst şəkildə dünya iqtisadiyyatına qoşulmağa imkan verdi. Azərbaycanın müstəqillik qazanandan sonra əlaqə qurduğu ilk ölkələrdən biri də məhz qardaş Türkiyə oldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra başda Türkiyə olmaqla, bir çox ölkələrlə azad şəkildə münasibət qurmağa başlamışdır. Azərbaycanın Türkiyə ilə qonşuluq mövqeyində olması və iqtisadi əlaqələrin səmərəli həyata keçirilməsi bu ölkələr arasında bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq üçün əlverişli şərait yaratmışdır.

Sözsüz ki, hazırda əzəli Azərbaycan torpağı olan Qarabağda gedən döyüşlərdə də qardaş Türkiyənin Azərbaycana mənəvi dəstəyi əvəzolunmazdır. Nüfuzlu beynəlxalq qurumların tədbirlərində də iki qardaş ölkənin nümayəndələrinin bir-birilərinə dəstək vermələri, mövqelərini müdafiə etmələri yüksək qiymətə layiqdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə-Azərbaycan "bir millət, iki dövlətdir".

Türkiyə prezidenti Recep Tayyip Erdoğan hər zaman jurnalistlərə açıqlamasında "Sonuna qədər bütün imkanlarımızla Azərbaycanın yanındayıq” bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin "Haber Global” televiziya kanalına müsahibəsi zamanı da vurğulamışdır ki, "ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, mənim qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğandan səslənən dəqiq açıqlamalar, eyni zamanda, digər yüksəksəviyyəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda, bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır.”

 

Bu qardaşlıq və dostluq əlaqələrinin hər zaman əbədi olmasını diləyirik.

 

Abdullayeva Mətanət,

137 saylı orta məktəbin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ