
Nəcibə İlkin.
Zeynəb Dərbəndliyə
Başıma dəyən daşım,
Gözümdə ölən yaşım,
Dərbəndli qız qardaşım,
Gəl gedək Qarabağa.
Sənlə ölmək başqadı,
Dərdi bölmək başqadı,
Dərdimiz bir yaşdadı,
Gəl gedək Qarabaga.
Şuşaya salam verək
Xarıbülbülü dərək,
İtən elləri görək,
Gəl gedək Qarabağa.
O yerlərə baglıylıq,
Aranlıyıq, daglıylq,
Deyək Qarabağlıyıq
Gəl gedək Qarabağa.
Ustadım Nəcibə İlkinə cavab
Müəllif ZEYNƏB DƏRBƏNDLİ
GƏLİRƏM QARABAĞA
Bitib tükənmir acım,
Gedib Şuşa tək tacım,
Mənim Tərtərli bacım,
Gəlirəm Qarabağa.
O yerdə gül yığmağa,
Torpağını qucmağa,
Daima yaşamağa,?
Gəlirəm Qarabağa.
Tanrı bizi qorusun,
Bu acıya qoyaq son,
Nə yolla olur olsun,
Gəlirəm Qarabağa.
Biz sinəsi dağlıyıq,
Yol, cığırı bağlıyıq,
Biz ki Qarabağlıyıq,
Gəlirəm Qarabağa.
27 05 2020.