SON DƏQİQƏ

Həyat SƏHİFƏLƏRİ

Tarix:

9-03-2024, 21:46

/ 3 082 dəfə oxundu.
Həyat SƏHİFƏLƏRİ

 Yaşamağın gəlmişdi yaxşıca dəmi
 Elə bil qərq oldu dəryada gəmi.
 Birdən tufan qopdu, göylər qarışdı,
 Fələklər apardı o Mehparəmi.


 Əvvəldən tapmadıq biz düzgün  yolu
Yaşamadıq bir yerdə biz üzü sulu
 Bəxş etdin sən mənə, mən sənə qəmi
Fələklər apardı o Mehparəmi..

 Yaşamadıq dünyada biz özümüzçün
 Sual vardır bizə niyə, nə üçün.
 Əkdik biz taxılı biçmədik zəmi
 Fələklər apardı o Mehparəmi


 Qoymadılar bizi özümüz həll edək
 Bir-birinin nöqsanı bir-birinə deyək
 Hərdən də qarışdı işlərə əmi
 Fələklər apardı o Mehparəmi

 Ata olmaz uşağa nə əmidən, dayıdan
 Qarın doymaz bir evdə qonşu gətirən paydan
 İlə döndərmisən hər dəqiqəmi
 Fələklər apardı o Mehparəmi


 Özümüz yıxmışıq biz öz evimizi
 Anlayaq bundan sonra bir - birimizi.
 Ram edək özümüzə coşmuş dənizi
 Almısan əlimdən mənim səbrimi
 Fələklər apardı o Mehparəmi

 İndi haradadır mənim o Əlim
 Bir qısa boylu, bir uzun dəlim
 Artıb mənim burda coxlu dərd sərim
Tuta bilməyirəm mən əlimdə qələmi
 Fələklər apardı o Mehparəmi


 İndi də sən daşı tök ətəyindən
 Ayırma sən balı öz pətəyindən
Xəbərdar olginən vəziyyətimdən
 Sənə mən vurmaram birdə əlimi
 Fələklər apardı o Mehparəmi

 Coxdan istəyirdim sənə söz qoşum
İndi imkan ver sən, mən aşım coşum
 Səni mən dağların başına qoyum
 Sən bağlayıb qapını, mən itirdim əqlimi
 Fələklər apardı o Mehparəmi

 Gəl təzədən quraq bütün işləri
 Yada salmayaq biz o keçmişləri
 Etməyək biz evdə pis söhbətləri
Biz aqilik gəl olmayaq sərsəmi
 Fələklər apardı o Mehparəmi

 Əlinin də bu günlərdə yaşıdır
 Sən bir üzük, o da sənin qaşındır
 Bədənin üstündəki düşünən tək başındır
 Əlimi uzatmışam sən də gəl tut əlimi
Fələklər apardı o Mehparəmi


 On iki bənd yazmışam, o iki imam eşqinə
 Oxu bir şeirimi qayıt sən gəl evinə
 Yoldaşlıq eylə gəl bu Sərvərinə
Eşit bu şeirlə sən ucadan səsimi
 Fələklər apardı o Mehparəmi
 23.X.1995-ci il
 Gecə saat 1.10-da
 Sərvər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ