SON DƏQİQƏ

Məmnunam SƏADƏTİMDƏN

Tarix:

23-02-2024, 18:47

/ 2 254 dəfə oxundu.
Məmnunam SƏADƏTİMDƏN


***
Əllərim dəyməyib haram tikəyə,
Təpədən dırnağa halalam vallah.
Ruhum elə safdır,götürməz ləkə,
Alınmaz zirvəyəm,qalayam vallah.
***
Fürsət gəzməmişəm canavar kimi,
İçimdə məhəbbət yurd salıb ,ancaq.
Mən bahar qızıyam,ilk bahar kimi,
Dərd tapıb mənliyim alçalmayacaq.
***
Arzum gül açmasa,çiçək verməsə,
Daha yaşamağın nə mənası var?
Ovqat ömrü boyu bir yol gülməsə,
Sevda da,sevgi də tapmaz etibar.
***
Tikandan gen gəzir,gen durur hər kəs,
Leyli tək sevilir sevgisi varlar.
Ali ola bilməz ürəyi şər kəs,
Rahat ömür sürər eşqi bəxtiyar.
***
Aman istəyənə əl uzatmışam,
Lakin nakəslərə üz verməmişəm.
Çırağım verdikcə nurunu axşam,
Astaca demişəm:- düz eyləmişəm..
***
Qaçaq düşməmişəm məhəbbətimdən,
Dünyamı mən belə yaşayacağam.
İnanın məmnunam səadətimdən,
Bu hissi qəlbimdə daşıyacağam..
Nazlı Hacılı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ