SON DƏQİQƏ

Yanlışların ŞEİRİ

Tarix:

23-02-2024, 18:27

/ 2 934 dəfə oxundu.
Yanlışların ŞEİRİ


Azdıq yolumuzu bir dumanlı gün,
Azadlıq eşqinə həvəsə düşdük.
Sərçə cələsiymiş qırğılar üçün,
Çarpışıb-vuruşub qəfəsə düşdük.

Elə vaxt gəldi ki, qaldıq lağ günə,
Bir ömrü puç etdik bircə sağ günə.
Yalan xəyal imiş çıxmaq ağ günə,
Düzə qara yellər kəf əsə düşdük.

Nə qollar yedik biz xain pasından,
Cavabı "yes" olan satqın "da"sından.
Çıxdı nə dovşanlar rus şapkasından,
Bizsə nə çalmaya, nə fəsə düşdük.

Bəxt də atılmağa şeş idi onda,
Dünya gözümüzdə heç idi onda.
Bir idi, üç idi, beş idi onda,
Bilmirəm neçənci dəfəsə düşdük.

GƏLHAGƏLİN ŞEİRİ

Gedən susub getdi, boş çənə imiş,
Hər gün ya söhbətə, ya lafa gələn.
Anlada bilməzsən nədir zəfəran,
Qanmaz gül-çiçəkdən alafa gələn.

Lağlağı yeridir gülünc hürr səyə,.
Çınqıl dənəsidir inci, dürr səyə.
Quduz it xılıydı yığıb kürsəyə,
Eşşək sürüsüydü dalafa gələn.

Adamın qəlbində şırımdır bu şum,
Nə əldə var qaldı, nə ətəkdə tum.
Əyri qaşlarında sonsuz uçurum,
Domba gözlərində kalafa gələn.
19.02.2024
Süleyman ABDULLA.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ