SON DƏQİQƏ

Dur görüşək-CANIM ATA

Tarix:

4-01-2024, 09:54

/ 2 940 dəfə oxundu.
Dur görüşək-CANIM ATA

Nuridə BƏXTİYARQIZI 
   
ATA!
Kəlbəcərdə ilk dəfə atamın məzarını görəndə ürəyim çox yandı bu yanğımı, şerim ilə. qələmə aldım öz doğma vətənimdə.
Müəllif
Ziyarətinə, gəlmişəm,
Dur görüşək, canım ata.
Bu günü, çox gözləmişəm,
Dur görüşək, canım ata.
Həsrətin, ürəyimdədi,
Kədərin,  gözlərimdədi,
Cəsarətim, səninlədi,
Dur görüşək, canım ata,
Burdan aldım, sorağını,
Gəl qarşıla, qonağını.
Açdım sənə, qucağımı,
Gəl görüşək, canım ata.
Gəldim, məzarına sənin, 
Bu buz otağına sənin.
Gəldim, ayağına sənin,
Dur görüşək, canım ata.
Damarımda, qanım sənsən,
Mənim özüm, canım sənsən.
Burda, qol-qanadım sənsən,
Dur görüşək, canım ata.
Nuridəyəm, mən balanam,
Gəldim, başına dolanam.
Bu həsrətinə, qurbanam,
Dur görüşək, canım ata.
Kəlbəcər, Dəmirçidam kəndi
Noyabr -2023-cü il
          AY BACIM!
Gözlərimin, bəbəyisən,
Ürəyim sənsən ay bacım.
Sən hər zaman, gərəyimsən,
Ürəyim sənsən ay bacım.
Dilimin sən, əzbərisən,
Günəşimsən, səhərimsən.
Hara getsəm, mənimləsən,
Ürəyim sənsən ay bacım.
Nuridəyəm, qol-qanadım,
Səninlədi bu həyatım.
Canımsan, dövlətim varım,
Ürəyim sənsən ay bacım.
    Bakı  şəhəri.
Dekabr 2023-cü il
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ