SON DƏQİQƏ

Romantik duyğuların ecazlığı

Tarix:

30-08-2023, 22:15

/ 3 147 dəfə oxundu.
Romantik duyğuların ecazlığı

Eldar El.Bakuvi (Eldar Hüseynov) rus dilli şairdir. Onun istər rus dilində, istər ana dilimizdə yazdığı şeirlər çox rahat və ürəyə yatımlıdır. Hər bir şeirin lirik “mən” i hisslərinin gözəlliyində ehtiva edə bilir.
Eldar Hüseynov  (El.Bakuvi) soyadını götürməklə  elinə, obasına, doğma Bakısına vurğunluğunu ifadə etməyə çalışıb və şeirlərində bu özəlliyi tam doğruldub. Müxtəlif səpkili şeirlərində rəngarənglik, səmimi deyimlər, sadə fikirlər o qədər canlı və təbiidir ki, daxili aləminin ecazlığını bir anda duyursan. Şeir dili rəvan olmaqla bərabər, hisslərinin, baxışlarının təbiiliyində özünə yer edə bilir.
“Позывные моей  души” – “Ruhumun çağrışları” adlı şeir kitabı
yenicə çapa hazırlanır. Bu kitabda Azərbaycanımızın Birinci xanımı Mehriban Əlyevaya həsr etdiyi sonetlərdən onun romantik dünyası aydın görünür. “Как прекрасен Восток…” (Şərq necə də gözəldir) şeirində Şərqin gözəlliyini şair  rəssam baxışıyla birləşdirərək, sanki hər ikisinin portretini yaradıb.   Füsunkar gecənin gözəlliyində Şərqin, çadır kimi görünən almaz ulduzların altında Baknın gözəlliyini  romantik xəyallarında  canlandıran şair, bu gözəllikləri Mehriban xanım Əliyevanın  simasında daha gözəl təsvir edir. “Это Вам, на которой блистает Востока корона”  (Bu, Şərqin parlayan tacı sizin üçünüdür) deməklə, dünyanı ona vermək istəyini qəlbinin, hisslərinin dilə gətirdiyi kiçik bir şeir toplusunda qələmə alır. Gecələr xəyal etdiyi  Şərq Ulduzunun ecazkar gözəlliyi, onun romantik duyğularına hakim kəsilir. Lirizmin poetik, romantik qanadlarnda sehrli ruh kimi şərq gözəlinin gözəlliyini nəzmə çəkir...
Və başqa sonetində “Məndən bu kiçik  hədiyyəni qəbul edin” deməklə, özünün şair təvazökarlığını diqqətə çəkir. Şərq gözəlinin  kral taxt sahibi kimi hər yerdə parlaq işıq saçmasını, ağıl və bilik azadlığının təfədarı olmasını gözəl qeyd edir. Birinci Vitse Prezidentimiz Mehriban xanımın xalqa olan sevgisini önə çəkməklə gələcəkdə bu şeirlərin bir roman halında yazılmasını söyləyən şair, yuxusuz günlərin, gecələrin sonunda Azərbaycanımızın onun daha böyük fəxr edəcək  bir tarixini böyük ümdilə qeyd edir.
Şair başqa bir şeirində:  
Мы посетили с вами, ангел, этот свет,
Где всё так чёрство, всё так чёрно и трагично
И в наших судьбах обособленных и личных
Вы – королева, я – прославленный поэт.
- Hər şeyin bu qədər duyğusuz olduğu yerdə
hər şey  qara və faciəlidir ,-deyir şair. Lakin “Sən kraliçasan, mən adi şair” deməklə bu qaranlığı onun işığında birgə  ziyarət etməyi belə özünə fəxr bilir. Onunla  müqəddəs və günahkar dünyanı ziyarət etmək, axtarıb tapa bilmədiyi gözəllikləri Allahın yaratdığı kainatda görmək arzuları ilə yaşayır.
Ana və şahlıq obrazında  fikrinin parlaq  olmasını diqqətə çəkməklə, onun dünyaya baxışının səma qədər  aydın olmasını qeyd edən şair sonda “Adı isə səhər kimi işıqlıdır - Mehriban” fikri ilə bitirir.
Yaxud da “Позывные моей души…” (Ruhumun çağrışları)  adlı şeirində də şair bir daxmada oturub xəyallarının yaşantısını qələmə alır.  Payız fəslinin palçıqlı, dumanlı havasını, qəmin-kədərin çürük  təbəssümünü,  ağacların qəmli baxışını təbiətin şıltaqlığında şair dili və rəssam əliylə gözəl yaradıb.  
“Bessame” şeirində fərqli bir obraz,  sujet xətti var.
"Bessam" bu həm Amerika, həm də Avropa qitəsinin əksər xalqları arasında ən populyar mahnılardan biridir.  Şairimizin bu mahnıya yazdığı misralar həm gözəlliyi, həm də iki səs üçün yazılması və tərtib edilməsi ilə unikaldır. Mən El Bakuvinin yaradıcılığı ilə həm onun şeir məcmuələri, həm də onunla tez-tez söhbətlərimiz vasitəsilə müəyyən dərəcədə tanış olduğum üçün bilirəm ki, o, bu günə kimi üç yüzdən çox sonet yazıb. Hesab edirəm ki, bu, böyük nailiyyət kimi qiymətləndirilməlidir.
Eldar El.Bakuvi bir şair kimi romantikdir. Onun öz dünyası var. Bu romantik dünyasında xəyallarının  qəribəliyinə yol almaqla saf və təmiz duyğularının şeir dünyasında özünə yuva qurur, şair.
Uğurlar diləyi ilə hörmətli Eldar El.Bakuvi…
Nəcibə İlkin
Şair-publisist, yazıçı,
Prezident mükafatçısı

скачать dle 12.1

Şərhlər