SON DƏQİQƏ

Ömür səhifəndən 55-də düşdü...

Tarix:

5-05-2023, 08:16

/ 2 847 dəfə oxundu.
Ömür səhifəndən 55-də düşdü...

Bu il anadan olmasının 55 və pedaqoji fəaliyyətinin 30 ili tamam olan Vüqar İltifat oğlu Abdullayev çox keşməkeşli bir ömür yolu keçib. Haqqında yazdığım qısa arayışda bunu aydın görmək olur. O, 1968-ci ilin may ayının 18-də Lerik rayonunun dörd tərəfi sıldırım qayalarla əhatə olunan və çox axar-baxarlı kəndi Çayrudda ziyalı ailəsində anadan olub. 1975-1985-ci illərdə Lerik rayon Çayrud kənd tam orta məktəbində təhsil alıb. 1986-1988-ci illərdə Ukraynada hərbiÖmür səhifəndən 55-də düşdü... xidmətdə olub.
1988-ci ildən taleyini Sumqayıt şəhəri ilə bağlayıb və 1990-cı ilədək bu  şəhərdə 2 nömrəli trestin müxtəlif idarələrində bənna vəzifəsində çalışıb.
1989-1995-ci ilərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus dili və ədəbiyyatı Pedaqoji İnstitutunu rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.
1992-ci ildən pedaqoji fəaliyyətini Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbdə, sonra 19 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi davam etdirib. 1994-cu ildən Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə çalışıb. Sumqayıt məktəblərində çalışdığı müddətdə rəhbərlik tərəfindən Fəxri fərmanlarla təltif olunub.
Vüqar Abdullayev lap gənclik illərindən bədii yaradıcılıqla, jurnalistika ilə də məşğul olur. Belə ki, o,  1998-ci ildən" Yarımada”, sonra isə "Yeganə Yol” qəzetində şöbə müdiri və sonradan məsul katib vəzifəsində çalışır. Çoxlu publisist, elmi və tənqidi məqalələrin, esselərin, oçerklərin müəllifidir. ”Xalq ziyalısı”, ”Həsən bəy Zərdabi” diplomlarına layiq görülüb. Vüqar müəllim, 2022-ci ildən Azərbaycan Respublikası "Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin Sumqayıt şəhər təşkilatı Elm və Təhsil Sahəsi ilə İş Birliyi üzrə sədr müavini vəzifəsində çalışır. O, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində təşviqat və təbliğat kompaniyasında fəal iştirak edib. Vüqar müəllim Yeni Azərbaycan Partiyasının üzvüdür. 6-cı çağırış  44 № li Sumqayıt-Xızı seçki dairəsindən Azərbaycan Respublikasının  Milli Məclisinə deputatlığa  namizəd olub. 2019, 2021, 2022-ci ilərdə Sumqayıt şəhər rəhbərliyinin etimadını qazanaraq, təhsildə və ictimai fəaliyyətinə görə  Fəxri fərmanlarla  təltif olunub.
Ailəlidir, iki oğlu var.  Böyük oğlu Vüsal Azərbaycan Dövlət Tibb Universitetini və Rezidenturanı bitirərək, narkoloq həkim  kimi fəaliyyət göstərir.  Kiçik övladı Emil Dövlət İqtisadiyyat Universitetini  bitirərək, bank sahəsində mütəxəssis kimi işləyir. 44 günlük Vətən müharibəsi başlayan gündən hər iki övladı könüllü müharibəyə yazilmışdılar. Pandemiyanın tüğyan etdiyi bir vaxtda, həkim övladı Vüqara mütəxəssis kimi ehtiyac olduğu üçün, cəbhə bölgəsində Modul tipli xəstəxanada gözə görünməyən düşmən Kovidlə mübarizə aparıb, əsgərlərimizi bu xəstəlikdən müalicə edib. Kiçik övladı Emil isə Hadrut istiqamətinəcən  döyüş yolu keçib.Vətən müharibəsinin veteranı, Cəbrayıl və Zəngilanın işğaldan azadlığına görə medalları ilə təltif olunub. Dostum Vüqar Abdullayev Vətənimiz üçün layiqli övladlar böyüdüb, boya-başa çatdırdığı üçün, övladları ilə bir valideyn-ata kimi qürur duya bilər.
Bax, bu, yuxarıda yazdıqlarım dostum Vüqar müəllimin həyatının qısa arayışıdır. Amma bu 55 illik həyatda böyük və keşməkeşli bir ömür yaşayıb dostum. Ataların belə bir məsəli var: "Ad özünü doğruldanda daha gözəl olur”. Vüqar müəllim də öz adını həmişə doğruldur. Həmişə, hər əməlində vüqarlıdır. Bəli. Sevinirəm ki, belə bir dostum var.
Dost, çox dəyərli və başa düşən üçün qiymətli sözdür. Dost sözü cəmi dörd hərifdən ibarət olub hecaya bölünmədiyi kimi bu dörd hərifin hər biri də dərin düşünmə xarakterinə malik olan çox maraqlı sözlərdir. Belə ki, D-dəmir, O-od, S-su, T-torpaq mənasını verir. Saxta dəmir paslansa da, həqiqi dəmir heç vaxt paslanmır. Qiymətli daş-qaşlardan heç də geri qalmır. Dəmirdən düzələn oxlar döyüşdə düşmənə tuşlanır, dəmirdən düzələn armaturlardan isə tikintidə ən lazımlı material kimi istifadə olunur. Od- xalqmızın ən müqəddəs bayramı olan Novruzun simvoludur. Bir vaxtlar xalqımız oda sitayiş edib və bu gün də od bizim üçün çox müqəddəsdir və bayramlarda oda sitayiş etməkdən qürur duyuruq. Bütün ağrılarımızın, acılarımızın odda yanmasını arzu edirik. Deməli, od sağlamlıq rəmzidir. Su-saflıq, paklıq, düzlük və eyni zamanda həyat deməkdir. T-torpaq deməkdir. Yəni insan torpaqdan yaranıbsa, yenidən torpağa qovuşacaq. Torpaq həm də bərəkət, ruzi deməkdir.
İnsanların çoxu indiki zamanda, bu dörd simvolu tamalaya bilmədiyinə görə özünə layiqli dost tapa bilmir. Həmin adanların dost seçimi də zəif və çətin olur. Dostluqla bağlı dahi insanların belə maraqlı kəlamları var:  "Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər. (Jan de Labrüyer) ,” Başqaları ilə dost olmazdan öncə, insan öz daxilində ruh ilə bədəninin ittifaqına nail olmalıdır. (Əbu Turxan), "Ancaq ürəklərində öz sirri olanlar bizim ürəklərin sirlərini anlamağa qadirdir. (Cübran)
Bütün bunlara baxmayaraq, illərin sınağından keçmiş, hər zaman öz qüruruna hörmətlə yanaşan, nəfsi və gözütox, cəmiyyət üçün dəyərli övladlar böyüdən, əsl qələm sahibi, həmişə həqiqətləri qələmə alan, mənim dostum və bu portret yazımın qəhrəmanı məhzVüqar İltifatoğludur.
Mənim yadımdadır ki, 44 günlük Vətən müharibəsi zamanı Vüqar müəllim elə böyük təbliğat aparırdı ki, həm öz oğlanları və həm də şagirdləri böyük həvəslə həmin müharibəyə getdilər. 44 günlük Vətən müharibəsi vaxtı Vüqar İltifatoğlu arxa cəbhədə özünün qələmini süngü eləyib döyüşdü. O, müharibədən sonrakı bu illərdə şəhid ailələrinə və yaralı qazilərimizə dəstək olub, əlindən gələn köməklikləri eləyib və eləyir. Çalışdığı mətbuat orqanlarında tez-tez məqalələr, oçerklər, esselər, elegiyalar, publisist yazılar yazmaqla onlara böyük təsəlli verib. Bu gün də həmin müqəddəs işini davam etdirir.
Təbiətin bahar çağında anadan olan Vüqar müəllimin ürəyi də həmişə bahar təravətlidir. O, bütün bu illərdə çalışdığı kollektivlərdə də  əlindən gələni eləyib ki, hamı ondan razı qalsın. Eləcə də doğma şəhəri Sumqayıtı öz canından çox sevən Vüqar İltifatoğlu bu şəhərlə bağlı çoxlu yazıların müəllifi olduğuna görə də sumqayıtlılar tərəfindən də çox sevilir.
Arzum budur ki, Ulu Tanrıdan ona verilən bundan sonrakı illəri də mənalı və sağlam yaşasın. Bütün arzuları çin olsun DOST-umun. Şair necə də gözəl deyib:
-Yazıb-yaratmaqla çatdın bu yaşa,
Necə də illər belə tez ötüşdü.
Heç kəsin arzusu dəyməsin daşa,
Ömür səhifəndən 55-də düşdü.
Əziz dostum, qardaşım! Bundan sonra da ən gözəl arzularla yaşayıb,  arzu-istəklərinizə çatasınız.
Böyük filosof Emerson belə deyib: "Dost qazanmağın tək yolu dost ola bilməkdir”. Siz bunu yaxşı bacarırsınız. Dahi Aristotelin dost haqqında dediyi bu kəlamla isə öz fikrimi tamalayıram: "Dostluq iki bədəndə yaşayan bir nəfsdir”. 
Ömür səhifəndən 55-də düşdü...Əli RAFİQ,
şair-publisist
скачать dle 12.1

Şərhlər