
Pakistanda bu yay yağan musson yağışları nəticəsində yaranan daşqınlar nəticəsində 1033 insan, o cümlədən 300-dən çox uşaq həlak olub. Bu barədə AP məlumat yayıb. Hazırda Xeyber-Paxtunxvada daşqınlar səbəbindən 330 mindən çox insan təxliyə edilib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, iyunun ortalarından İslam Respublikasında 2,3 milyon insan daşqınlardan zərər çəkib və 95 mindən çox ev dağılıb.